Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ən populyar əcnəbi cizgi filminin qadağan edilməsi təklif olunur

Abunə olmaq
MTRŞ telekanallara aqressiv xarici cizgi filmlərindən imtina etməyi təklif edir. Psixoloqlar da bu cür cizgi filmlərinin uşaqların psixologiyasına pis təsir etdiyini bildirirlər.

BAKI, 2 fev — Sputnik. Milli Teleradio Şurası (MTRŞ) yerli telekanallara zorakılıq elementləri olan əcnəbi cizgi filmlərindən imtina etməyi tövsiyyə edir. Əcnəbi cizgi filmlərinə baxdıqdan sonra davranışlarında problemlər yaranan uşaqların valideynləri artıq təşkilata şikayət ediblər.

Bu barədə Sputnik-ə MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, yayımlanan cizgi filmlərindən bəziləri uşaqların emosional, fiziki və mənəvi inkişafına ciddi xətər toxundura bilər. Nümunə üçün o, balacalar arasında çox populyar olan "Maşa və medved" ("Maşa və ayı") cizgi filmini göstərib.

Dadaşovun fikrincə, bu cizgi filmində xüsusi aşkar zorakılıq elementləri olmasa da, böyüməkdə olan nəslin emosional vəziyyətinə təsir göstərir: "Bu filmin baş qəhrəmanı olan Maşa daima ayıya əzab verir və bəzi uşaqlar bu filmə baxdıqdan sonra özlərini həmin qız kimi aparmağa başlayırlar".

MTRŞ rəsmisi əmindir ki, özündə zorakılıq elementləri daşıyan bütün televiziya verilişləri yalnız 23.00-dan sonra nümayiş etdirilməlidirlər: "Uşaqlar onlara sevgi, xeyirxahlıq, mehribanlıq aşılayan verilişlərə, həmçinin tədris proqramlarına baxmalıdırlar. Məsələn, Türkiyədə balaca oğlan olan Kayu haqqında xeyirxahlıq aşılayan cizgi filmi nümayiş olunur".

Dadaşovun sözlərinə görə, MTRŞ inzibati qaydada əcnəbi cizgi filmlərini qadağan edə bilməz: "Biz yalnız tövsiyə veririk. Əks halda bu, arzuolunmaz nəticələrə gətirə bilər".

Onun fikrincə, əcnəbi cizgi filmlərinin qadağan qoyulmasının qarşısında daha bir maneə yerli alnernativin olmamasıdır: "Milli cizgi filmlərinin istehsalı üçün ciddi maliyyə vəsaiti lazımdır. Bundan əlavə, Azərbaycan telekanalları uşaqlar üçün veriliş çəkməyə könülsüz yanaşırlar. Çünki bu verilişlər reytinq gətirmir, onlar nümayiş etdiriləndə reklam da verən olmur. Və bu məsələdə onları anlamaq olar".

"Bu yaxınlarda yerli telekanalların iştirakı ilə konfrans keçirilib. Onlar MTRŞ-nin tövsiyələrinə əməl etməyə söz veriblər", — deyə Dadaşov yekunlaşdırıb.

Psixoloqlar heç də bütün cizgi filmlərinin faydalı olmadığını bildirirlər. Üç yaşınadək uşaqlarda hələ əsas hərəkət funksiyaları formalaşmayıb. Ona görə də, verilişə baxarkən onlar kənar səs və hərəkətlərə reaksiya vermirlər. Sonradan belə uşaqlar inkişafdan geri qala bilərlər.

MTRŞ - Sputnik Azərbaycan
CƏMİYYƏT
MTRŞ serialın yayımını dayandırdı, telekanalı cərimələdi

Mütəxəssislərin fikrincə 3 yaşından yuxarı uşaqlarda cizgi filmlərinə baxışda seçim olmalıdır. Məlum olduğu kimi, sovet dövründə bütün cizgi filmləri ciddi yoxlanışdan sonra yayımlanırdılar. Bu gün isə istənilən kiçik studiya cizgi filmi çəkə bilər. Bütün dünyada valideynlər cizgi filmlərinin nəzarətsiz nümayişindən şikayətlənirlər. Mətbuatın yazdığına görə, Yaponiyada "Pokemonlar" cizgi filminin 38-ci seriyasına baxdıqdan sonra 500-dən artıq uşaq epilepsiya simptomu ilə xəstəxanaya çatdırılıb.

Öz növbəsinə psixoloq Dəyanət Rzayev bildirib ki, dəyişmiş psixikası olan uşaqların valideynləri ona tez-tez müraciət edirlər. Məlum olur ki, bu uşaqların psixikasının dəyişməsinə həm də aqressiv cizgi filmləri təsir göstərir. Psixoloq valideynlərə məsləhət görür ki, belə hallarda uşaqlara tamamilə cizgi filminə baxmağı qadağan etməsinlər, bu onların əksinə marağını artıra bilər. Onun sözlərinə görə, uşaqları daha tez-tez gəzintiyə aparmaq və onların başını maraqlı məşğuliyyətlərlə qatmaq lazımdır.

Xəbər lenti
0