Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan seriallarının üç əsas problemi

CC0 / kalhh / tvTelevizor və idarəetmə pultu
Televizor və idarəetmə pultu - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Problemlər üs-üstə gələndə o seriallar bizi qane etmir. MTRŞ-nin bəyəndiyini tamaşaçı bəyənməyə bilər. Bu çox ciddi məsələdir"

Azərbaycan seriallarının üç əsas problemi
"Şit verilişlər" yığışdırılandan sonra bəzi telekanallar onların yerini doldurmağa çalışırdı. İndi isə onlar öz tamaşaçılarına yeni seriallar təqdim etməyə hazırlaşır. Bəs bu serialların keyfiyyəti və bədii məzmunu necədir?
MTRŞ - Sputnik Azərbaycan
CƏMİYYƏT
MTRŞ serialın yayımını dayandırdı, telekanalı cərimələdi

Telejurnalist, professor Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycan televiziya məkanında çəkilən serialların üç əsas problemi var:

"İndiyənədək bizim televiziya məkanında çəkilən seriallarla bağlı əsas problem nədir? Birinci: mövzu problemi. Onlarda tamaşaçını maraqlandırmayan mövzu olur. Onlar başqa ölkələrin həyatı üçün xarakterik olan hadisələri, süjetləri və mövzuları götürüb bizim ekrana gətirməyə çalışırlar. Yəni, bu gün Azərbaycan vətəndaşının fikirləri bu seriallarda ekran məhsuluna çevrilə bilmir".

"İkinci, bu seriallar tamaşaçıya hansı ideyanı çatdırır? Baxırsan, bütün seriallarda kriminal, həyatın başdan-başa nöqsanlı olduğunu görürsən. Üçüncü, ən ciddi problemlərdən biri — müsbət qəhrəman məsələsidir. Biz hansı idealı çatdırırıq, bunlar hansı dəyərləri daşıyır? Bunlar yoxdur", —deyə ekspert bildirdi.

Bu sahədə professional kadrların az olduğunu qeyd edən Q. Məhərrəmli onu da əlavə edib ki, çəkilən yeni seriallara verilən qiymətlər fərqli ola bilər:

© sputnik.azQulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu
Qulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu - Sputnik Azərbaycan
Qulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu

"Mənə elə gəlir ki, bununla peşəkarlar, prodakşın studiyaları məşğul olmalıdır, ixtisaslaşmalıdır. Bu problemlər üs-üstə gələndə o seriallar bizi qane etmir. Ona MTRŞ-nin qiyməti həlledici qiymət olmaya bilər — MTRŞ-nin bəyəndiyini tamaşaçı bəyənməyə bilər. Bu çox ciddi məsələdir. Mənə elə gəlir ki, serial çəkilişi məsələsinə dövlət maliyyəsi ayrıldığı üçün də, bu məsələyə ciddi yanaşmaq lazımdır".

Bəs Milli Televiziya və Radio Şurasının bu məsələdə rolu necə olacaq? Qurum yeni çəkilən serialların keyfiyyətinə nəzarət edəcəkmi? MTRŞ-nin Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Sputnik-ə açıqlamasında qurumun mövqeyini belə açıqlayıb:

© Photo : APAMilli Televiziya və Radio Şurası
Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Milli Televiziya və Radio Şurası

"Biz monitorinqləri yekunlaşdırmamışıq, hələ baxırıq. Bizim serialların məzmununa qarışmaq səlahiyyətimiz yoxdur. Biz qanunvericilik tələbləri prizmasından baxacağıq, görək o seriallarda qanunun tələbləri pozulub, ya pozulmayıb".

"Amma serialların bədii, yaradıcılıq səviyyəsi artıq kanalların, prodakşınların öz işi olacaq və biz onlara qarışmayacayıq. Biz onunla bağlı fikir bildirə bilərik, amma inzibati yolla heç bir tədbir görə bilməyəcəyik. Nə çəkiblərsə, onu da göstərəcəklər", —deyə MTRŞ rəsmisi vurğuladı.

Ekspertlərin də sözlərindən göründüyü kimi, telekanallarda yeni seriallar olacaq. Lakin onların qənaətbəxş, ya bir müddət əvvəl bağlanan verilişlər kimi "şit" olacağı hələki məlum deyil.

Xəbər lenti
0