BAKI, 2 fev — Sputnik. “Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.
“APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.
Reytinq üzrə proqnoz neqativ olaraq qalır.
Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.