BAKI, 2 fev — Sputnik. Bakıda mənzildən oğurluq edən şəxs tutulub.
Bu barədə Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir.
Məlumata əsasən, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Daşqın İsmayılova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Aynurə Məlikova saxlanılıb.