CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Təzə icra başçısı köhnənin qərarlarını niyə ləğv etməlidir?"

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "İcra hakimiyyətləri investisiya cəlb etmək əvəzinə sahibkarların qərarlarına yenidən baxmağı üstün tuturlar"

BAKI, 1 fev — Sputnik. "Yeni icra başçısı təyin olunan adam köhnənin qərarlarını niyə ləğv etməlidir? Bu gələn adam başqasının mülkiyyət aktına niyə əl qoymalıdır? Ümumiyyətlə, bu, qadağan edilməlidir".

Sputnik xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq sinfinin rahat nəfəs almasının ən mühüm nöqtələrindən biri icra hakimiyyətləri ilə bağlıdır: "İcra hakimiyyətləri investisiya cəlb etmək əvəzinə sahibkarların qərarlarına yenidən baxmağı üstün tuturlar".

Xəbər lenti
0