BAKI, 1 fev — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında parlamentin komitələrinin yenidən formalaşdırılması məsələsinə baxılıb. Sputnik xəbər verir ki, bir komitədə təmsil olunan deputatlar digər komitələrdə də təmsil olunmaq üçün müraciət ediblər. Nəticədə:
Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar.
Bundan əlavə, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva səhiyyə komitəsinin tərkibinə daxil ediliblər.