CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdə olan iş adamı prezidentə müraciət etdi

Abunə olmaq
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Həbsdə olan iş adamı İsfəndiyar İsfəndiyarov prezident İlham Əliyevə müraciət edib.

BAKI, 1 fev — Sputnik. Həbsdə olan iş adamı İsfəndiyar İsfəndiyarov prezident İlham Əliyevə müraciət edib.

İ. İsfəndiyarovun vəkili İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edərək hər hansı şikayətinin olmadığını bildirib: “Zabil Salmanov ərizəsində bildirib ki, ona təzyiq edildiyi üçün şikayət ərizəsi yazıb. İndi həmin şikayətini geri götürür. Onun ərizəsi olmasa da,  bizim əlimizdə olan faktlar həmin şəxslərin əsassız yerə həbs olunmasını sübut edir. Lakin bütün bunlara baxmayaraq? təqsirləndirilən şəxslərin barələrində olan həbs qətimkan tədbiri dəyişdirilmir. Heç olmasa istintaq bitənə kimi həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etmək olar. Buna görə də biz prezidentə müraciət etmişik ki, məsələni nəzarətə götürsün”.  

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.

Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.  

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. 

Xəbər lenti
0