BAKI, 30 yan — Sputnik. Mingəçevir Dövlət Dram Teatrının qazını kəsiblər. Sputnik ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə teatra mavi yanacağın verilişi dayandırılıb və buna səbəb borcun olmasıdır.
Direktor Səxavət Məmmədov vəziyyətin çıxılmaz olduğunu görərək, texniki işçilərə "levıy" qaz xəttindən istifadə etmək göstərişi verib. Bildirilir ki, hazırda teatr qaz pulunu ödəmədən qaz işlədir.