Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dərmanlar əlavə dəyər vergisindən azad edilə bilər

© Sputnik / Murad OrujovBaş nazirin müavini Əli Əhmədov
Baş nazirin müavini Əli Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirin müavini: "“Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq”

Bakı, 30 yan — Sputnik. "Azərbaycanda dərmanların əlavə dəyər vergisindən azad edilməsi məsələsi üzərində düşünülür”. Sputnik, APA-ya istinadən verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini — icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrində dərmanların əlavə dəyər vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var: “Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin”.

Xəbər lenti
0