Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bacısından tanınmış vəkilə qarşı şok ittiham

© Sputnik / Murad OrujovElsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı
Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Qalmaqallı cinayət işi ilə bağlı yeni iddialar ortaya çıxır. Silsilə cinayətlərdə ittiham olunan Sahibə Həsənovanın barəsində dəhşətli ittihamlar səsləndirilir.

BAKI, 29 yan — Sputnik. "Mənim oğlum Elsevər Əliyev 1972-ci il təvəllüdlüdür. 8-i 7-ci ay 2005-ci il tarixdə Bakı şəhərində itkin düşüb. 10 ildir ki, oğlumu axtarıram".

© Sputnik / Murad Orujov Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı
 Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı

Bunu Elsevərin atası İsmayıl Əliyev bu gün keçirdiyi mətbuat konfransında səsləndirdi. Sputnik xəbər verir ki, bu gün, Qarabağ döyüşlərinin iştirakçısı, Avropa çempionu Azad Məmmədovu şərləyərək həbs etdirdiyi, Elsevər adlı gənci öldürtdüyü deyilən və Həqiqət adlı xanıma qarşı dələduzluqda ittiham olunan Sahibə Həsənovanın əməllərindən zərərçəkmişlər jurnalistlər qarşısında ilginc açıqlamalar veriblər.

"Oğlum 2003-cü ildə Həsənova Sahibə adlı şəxslə kiçik ticarətlə məşğul olurdu. 2003-cü ildə bizim xəbərimiz olmadan mənim oğlum Sahibə Həsənova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar. Oğlumun itkin düşməsinin ən böyük səbəbkarı Sahibə Həsənovadır. Elsevər onun əməllərini, gizli faktlarını bilirdi. Oğlumun qətlə yetirilməsini əvvəlcədən planlaşdırıblar", —deyə İ. Əliyev bildirdi.

Mərhumun atasının sözlərinə görə, S. Həsənova kürəkəni Vüqar Yusifovla əlbir olaraq Elsevəri qətlə yetirib: "Mənim oğlumu Tərtər rayonunda Vaqif adlı şəxsin kombinatında qətlə yetiriblər. Meyiti Göy-göl rayonu ilə Bərdə rayonu arasında çayın üstündən keçən körpünün altına atıblar. Meyit tapıldıqdan sonra mənə bildirdilər ki, "bu, sizin oğlunuzun meyitidir". Amma meyiti yoxlamadılar, məni meyitlə üzləşdirmədilər. Məni aldatdılar ki, guya İnterpol xətti ilə axtarışa veriblər".

Ata qeyd edib ki, S. Həsənova izi azdırmaq üçün oğlunun pasportunu tanıdığı adamla İrana keçirib və onun sənədləri İrandan tapılıb: "Hüquq-mühafizə orqanları oğlumu itkin düşmüş şəxs kimi elan etsə də, biz əminik ki, onu Sahibə Həsənova qətlə yetirib".

© Sputnik / Murad Orujov Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı
 Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Elsevər Əliyev ölümü ilə bağlı mətbuat konfransı

Tədbirdə iştirak edən Sahibə Həsənovanın qızı Gülxar Sadıqova da anasını Elsevər Əliyevin qətlində ittiham edib: "Mən yoldaşım Vüqar Yusifovdan ayrılmışam. 2014-cü ildə yoldaşımla aramızda mülkiyyət bölgüsü vardı. O, təzyiq edirdi ki, məni həbs etdirəcək. Bir dəfə əsəbi halda dedi ki, anan Elsevəri öldürdü, sən də məni öldürəcəksən. Mən təxmin edirdim ki, anam Elsevər Əliyevi yoldaşımla əlbir olaraq öldürüb. Buna görə də polisə bu barədə anonim məktub yazdım".

"Anam mənə tapşırdı ki, səndən nə soruşsalar, denən ki, bilmirəm. Bunu yəqin ki, Vüqar Yusifov deyirdi. Sonra anonim şikayətin müəllifi olduğumu deyəndə, məni dəli kimi qələmə verməyə çalışdılar", — G. Sadıqova bildirib.

O, baş verənlərdə qardaşı, tanınmış vəkil Elçin Sadıqovu ittiham edib və qardaşının anası ilə əlbir olaraq, ondan məhkəməyə şikayət etdiyini və adını ləkələtməyə çalışdıqlarını vurğulayıb.

Başqa bir şikayətçi Bəsti İsmayılova çıxışında S. Həsənovanı dələduzluqda ittiham edib. O, Həsənovanın ona külli miqdarda maddi ziyan vurduğunu və ona qarşı dələduzluq etdiyini qeyd edib. Bəsti İsmayılova Sahibə Həsənovanın təkidi ilə yalan ifadə verdiyini də qeyd edib.

"Digər şahidləri də mənim kimi məcbur edərək yalan ifadə vermələrinə nail olub. Əsl təqsirkar — Sahibə Həsənova azadlıqdadır, lakin günahsız Azad Məmmədov həbsdədir. İllərdir özümü Allah qarşısında və vicdanım qarşısında günahkar hesab edirəm. O, məni əmin etdi ki, əgər onun dediyi kimi edib, Azad Məmmədovun üzünə dursam, mənə lazımi köməyi edəcək", —şikayətçi vurğulayıb.

Bacısı tərəfindən adı sözügedən qalmaqalda hallanan vəkil Elçin Sadıqov isə APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər orada adı çəkilən Azad Məmmədov tərəfindən idarə olunurlar: "Onların danışdıqlarının heç bir əsası yoxdur. Bu, mənə qarşı təşkil olunan kampaniyadır. Mən həmin cinayət işi ilə tanış olmuşam. Orada danışan adamlar 2009-cu ildə Azad Məmmədovun dələduzluq əməlləri ilə bağlı ərizə yazıblar. Bütün bunlar əlyazma şəkilindədir. Həmin sənədləri yaxın vaxtlarda sosial şəbəkədə paylaşacağam ki, hər kəs oxusun".

© youtubeVəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov - Sputnik Azərbaycan
Vəkil Elçin Sadıqov

E. Sadıqov bacısı Gülxar Sadıqovanın isə psixi pozğunluqları olduğunu və ondan imtina etdiklərini bildirib: "O, bir neçə ilə əvvəl yol qəzasında travma alıb. Hazırda psixoloji problemləri var. Biz ondan imtina etmişik. O, evə qayıtmaq üçün bu cür vasitələrdən istifadə edir. Lakin bu, heç vaxt baş verməyəcək".

Xatırladaq ki, Azad Məmmədov 2009-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0