BAKI, 29 yan — Sputnik. İran və Fransa prezidentləri Həsən Ruhani və Fransua Ollandın Parisdə planlaşdırdıqları nahar yeməyi baş tutmayıb. Sputnik İndependent-ə istinadən xəbər verir ki, prezidentlər paytaxtın nüfuzlu restoranlarından birində nahar etmək istəyiblər. Lakin onların görüşü iranlıların "spirtsiz nahar" xahişindən sonra baş tutmayıb.
Fransalı rəsmilər naharda ənənəvi yerli yemək və şərabın olmasında israr ediblər və İran tərəfinin tələbinin yerinə yetirilməsinin Respublika dəyərlərinin pozulması anlamına gəldiyini bildiriblər. Yelisey sarayı nahar əvəzinə səhər yeməyi təklif etsə də, bu təklif "olduqca ucuz" olması səbəbindən qəbul olunmayıb.