Oğlunun toyuna yalnız dul qadınları dəvət etdi

© sputnik.azToy
Toy - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bütün qəlbimlə arzulayırdım ki, bu cütlüyə öz xeyir-dualarını məhz cəmiyyət tərəfindən yaxşı qarşılanmayan dul insanlar versinlər"

Oğlunun toyuna 18 min dul qadın çağırdı
BAKI, 29 yan — Sputnik. Hindistanın Mehsana şəhərindən olan biznesmen Jitendra Patel öz kiçik oğlu Ravinin toy mərasiminə 18 min dul qadın dəvət edib. Mərasim Gujarat ştatının Derol kəndində keçirilib.

Bəyin atasının sözlərinə görə, o, bu addımı bəzi inanclara etiraz olaraq atıb: "Mən bütün qəlbimlə arzulayırdım ki, bu cütlüyə öz xeyir-dualarını məhz cəmiyyət tərəfindən yaxşı qarşılanmayan dul insanlar versinlər. Onların müxtəlif bayram və şənliklərdə iştirak etməsi pis əlamət hesab olunur, lakin bu, mənasız inancdan başqa bir şey deyil".

Toy - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toy xərclərimiz risk altında: şadlıq saraylarına beh verməyin!

Bəyin xoşbəxt atası toyda iştirak edən hər dul qadına örtük və ağac şitili hədiyyə edib. Hədiyyənin şərti isə o olub ki, qadınlar o ağacları öz həyətlərində əkərək onlara qayğı göstərəcəklər. Bundan başqa, Patel yoxsul ailələrdən olan 500 qadına inək də hədiyyə edib.

Hindistanda Sati (dul qadınlarının yandırılması) adəti XIX əsrədək davam etsə də, elə indi də orada həyat yoldaşını itirən qadına cəmiyyət yaxşı yanaşmır. Hətta dul qadının kölgəsinin belə, bədbəxtlik və bəla gətirdiyi hesab olunur. Dul qadınları toy və şənliklərə dəvət etmirlər. Bu azmış kimi onlarla ünsiyyət qurmağa da çəkinirlər.

Bir çox kənd icmalarında ərini itirən qadın "diri ölü" hesab olunur. Belə qadınlar həmişə matəm bildirən ağ sari geyinməlidirlər, bundan başqa, onlara bəzək əşyaları taxmaq, ayaqqabı geyinmək və saç uzatmaq da qadağandır. Bu ənənəyə görə, dul qadınlar ömürlərinin sonunadək öz ərləri üçün ağlamalıdırlar.

Xəbər lenti
0