“Bəzi insanlar brokerləri yanlış olaraq inhisarçılarla eyniləşdirirlər”.
“APA”nın məlumatına görə, bunu yanvarın 29-da keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Gömrük Məcəlləsində bəzilərinin inhisarçı adlandırdıqları təmsilçi, vasitəçi institutları mövcuddur: “Bu institutlar Azərbaycanda bu gün də var. Bu institutları heç kim ləğv edə bilməz. Çünki beynəlxalq ticarət təşkilatları, gömrük təşkilatları, eyni zamanda xarici ictimaiyyət bununla bağlı sabah bizi başa düşməyəcək”.
Komitə sədri vurğulayıb ki, broker, vasitəçi və təmsilçi institutlar xidmət göstərmək üçün yaradılıb.
Aydın Əliyevin sözlərinə görə, bu günə qədər heç kəsin malı sərhəddə qalmayıb və geri qaytarılmayıb.