Bakı, 29 yan — Sputnik. Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib:"Nazirlik 10 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə turizmin idarə olunması sahəsində Avropa İttifaqının Tvinniq layihəsi həyata keçirildi. İndi isə biz Aİ ilə mədəniyyətdə idarəolunma sahəsində təkmilləşdirilməyə başlayırıq. Bunlar hamısı təbii proseslərdir".
Nazir onu da qeyd edib ki, keçən ilin sonunda nazirlik tərəfindən strukturda islahatlar keçirilib: "Proses bu il də davam edəcək. Lazım olduqda işləməyən müəssisələr ixtisar olunacaq. Amma eyni zamanda, işləyən, yeni müasir üsulla çalışan müəssisələrin inkişafına sözsüz ki, təkan verəcəyik".