Dövlət Baytarlıq Xidməti Gürcüstan qadağasından danışdı

© Flickr / Andy FarnsworthFarm sheep
Farm sheep - Sputnik Azərbaycan
Abunə olmaq
Yolçu Həsənov: “Əgər qərar qəbul edilərsə, hansı heyvanlara tətbiq ediləcəyi bəlli olacaq”

Bakı, 29 yan — Sputnik. Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusu yayılıb.

Gürcüstandan Azərbaycana heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə qadağanın qoyulması məsələsi hazırda müzakirə edilir. Əgər qərar qəbul edilərsə, bunun hansı heyvanlara tətbiq ediləcəyi bəlli olacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov “Sputnik”ə açıqlamasında bunları deyib:

“Bununla bağlı Beynəlxalq Epizootik Büronun da məlumatı var. Amma müzakirələr aparılır sonda qadağanın tətbiq olunması barədə qərar qəbul ediləcək ya da edilməyəcək. Müzakirələrdən sonra əgər qərar qəbul ediləcəksə, onun hansı heyvanlara tətbiq edilməsi də bəlli olacaq”.

“Yanvarın əvvəlindən bu barədə məlumatımız var idi. Həmin vaxtdan da Gürcüstandan qoyunların gətirilməsinə icazə vermirdik. Bu gün qərar qəbul edilsə, bununla bağlı məlumat yayacağıq”-deyə Yolçu Həsənov bildirib.

Xəbər lenti
0