SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünyaya İran açılımı

© Sputnik / Vladimir FedorenkoThe assembly hall of the Iranian Parliament (the Islamic Consultative Assembly - Majlis) in Tehran
The assembly hall of the Iranian Parliament (the Islamic Consultative Assembly - Majlis) in Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, İran gələcəkdə güclənib hətta Rusiya ilə raqabət apara bilər

Dünyaya İran açılımı
Bakı, 29 yan — Sputnik. Qərbin İrana tətbiq etdiyi beynəlxalq sanksiyalar aradan qaldırılandan sonra bu ölkənin qısa müddətdə Avropaya böyük açılım etməsi hazırda dünyanın gündəmindədir. Belə ki, İran prezidenti Həsən Ruhani İtaliyaya səfəri çərçivəsində 17 milyard dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb, energetika və infrastruktur layihələri ilə bağlı İtaliya şirkətləri ilə razılaşmaya gedib. Daha sonra Ruhaninin Parisə gedərək İranın 100-dən çox “Airbus” təyyarəsini alması üçün razılaşma imzalayacağı deyilir.

Bəs qonşu ölkənin Qərbə bu cür açılım etməsi, neft ixracını artırmaq və dondurulmuş pullarını ölkəyə gətirmək hesabına iqtisadiyyatını inkişaf etdirməsi region ölkələri və xüsusən Azərbaycan üçün hansı nəticələr vəd edir?

Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclunun fikrincə, yaranmış yeni iqtisadi vəziyyətdə İran özünü siyasi baxımdan daha sərbəst hiss edəcək:

"İranın sanksiya altında olmuş maliyyə resurslarının dövrüyəyə buraxılması İranda iqtisadi inkişaf templərini artıracaq. Bu da istər-istəməz İranla qonşu dövlətlərə o cümlədən Azərbaycana təsir göstərəcək. Bu təsir təkcə pozitiv təsir olmayacaq. Bunun neqativ tərəfləri də var. İran neftinin artıq dünya bazarına çıxması durmadan sürətlənir bu da istər-istəməz bölgənin energetik mənzərəsini əsaslı şəkildə dəyişə bilər. Azərbaycan İran və Rusiya arasında olduğuna görə hərbi, strateji, siyasi cəhətdən daha bir önəmli dövlət kimi qəbul olunursa bu situasiya da dəyişmiş olur. Bunlar hamısı əsasən neqativ təsirlərdir. Amma, Azərbaycan İran münasibətləri daha praqmatik istiqamətə yönələrsə və qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurularsa, bunun həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycana müsbət təsirləri ola bilər"

Politoloq Qabil Hüseynli isə İranın yaxın beş ildə iqtisadi potensialına görə regionun ən güclü dövlətinə çevrilə biləcəyini istisna etmədiyini deyir. Ekspertin sözlərinə görə, İran elə bir səviyyəyə gəlib çata bilər ki, hətta Rusiyanın özü ilə belə rəqabət imkanı yarana bilər:

"İran və Rusiya arasında siyasi sahədə münasibətlər müttəfiqlik səviyyəsindədir. İqtisadi sahədə isə rəqabət doğuran meyllər var. Amma, indi İran tamamilə yeni bir mərhələyə daxil olur. Bu mərhələ iqtisadi sanksiyaların götürülməsi ilə yanaşı dondurulmuş pullarının özünə qaytarılması ilə əlaqədardır. İran sözün həqiqi mənasında dünyaya güclü sürətdə açılır. Muasir texnoloji vasitələri öz ölkəsinə cəlb etməyə çalışır. İran elə bir səviyyəyə gəlib çata bilər ki, hətta Rusiyanın özü ilə bir çox sahələrdə rəqabət apara bilər. İranın üzərindən sanksiyaların götürülməsi həm geostrateji vəziyyəti dəyişəcək, həm də İranın beynəlxalq təşkilatlardakı roluna dinamiz verəcək".

Xatırladaq ki, İrana sanksiyalar tətbiq edilməmişdən əvvəl İtaliya bu ölkənin ən yaxın partnyorlarından olub.

Xəbər lenti
0