Azərbaycanın dilbər güşələrindən biri olan Göygölə mütləq baş çəkməyə dəyər. İlin hər fəslində burada seyr ediləcək gözəlliklər var. Sputnik Azərbaycan əməkdaşı burada elə də şaxtalı olmayan bir qış günü baş çəkdi.
Kəpəzin başını qarlar örtsədə sanki yazın əvvəlidir. Ötən il göl ziyarətlər üçün açılandan sonra buraya yalnız turistlər deyil həm də yerli əhali axışdı ki, bu gözəlliyi öz gözləri ilə görsün. Mənzərədən ləzzət anlayaraq balıq tutmaq başqa bir aləmdir, hələ bir o qızıl balıq ola.
Göygölü hər tərəfdən enniyarpaqlı meşələr əhatə edir. Göl nahaqdan belə adlandırılmayıb. Bu gözəlliyi öz gözlərinlə görəndən sonra onun gölə nə qədər uyğun olduğunu anlayırsan: su şəffaf, təmiz və heyranedici bir rəngdədir.
Göygöl Azərbaycanın ən iri göllərindən biridir: uzunluğu 2800 m, eni 800 m, dərinliyi 96 m çatır.
Məlumat üçün: göl ətrafında bir neçə turist marşrutu təşkil edilib, lakin onları tək keçmək məsləhət deyil. Yanınızda bələdçi olsa buraların bütün gözəl güşələrini seyr edə biləcəksiniz.