BAKI, 28 yan — Sputnik. Rusiyalı müğənni, Başqırdıstanın xalq, Tatarıstanın əməkdar artisti, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi məşhur mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib. Sputnik prokazan.ru-ya istinadən xəbər verir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi.
Doğuş çox ağır keçdiyindən, o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənninin həyatını xilas edə bilməyiblər. Başqırd müğənni bu gün dəfn olunacaq.