Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir sıra rayonlarda rəislər işdən çıxarıldı

© ReportAzərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
Ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib

BAKI, 27 yan — Sputnik. Bakı və bir sıra rayonların baytarlıq idarələrinin rəisləri işdən azad edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bundan əlavə, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.

Xəbər lenti
0