SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"AŞPA işğalçıların əlində oyuncağa çevrilib"

© Sputnik / Fuad HəsənovElxan Süleymanov
Elxan Süleymanov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın dünən qəbul etdiyi qərarları Sputnik-ə şərh edib.

BAKI, 27 yan – Sputnik. Avropa Şurası Parlament Assambleyası özünün dünən keçirdiyi plenar iclasında utancverici qərara imza atıb. Millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Sputnik-ə açıqlamasında bunu bildirib.

Xatırladaq ki, britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra dünən təsdiq üçün Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsi qəbul edilməyib. 

“Bununla da AŞPA özünün qəbul etmiş olduğu 1416 (2005) saylı qətnaməsindən bütövlüklə və həmin qətnamənin həmin qətnamənin 2-ci bəndində ehtiva edilmiş “… bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir” kimi mövqeyindən imtina etmiş oldu”, deyə Süleymanov bəyan edib.

Onun sözlərinə görə, AŞPA sözügedən məruzəni “Ermənistanın və ermənipərəsət qüvvələrin təzyiqi nəticəsində rədd etməklə qərəzli qərar qəbul edib”.

“AŞPA açıq-aşkar olaraq tək özünün deyil, eyni-zamanda digər beynəlxalq qurumların, o cümlədən BMT Baş Assambleyasının və TŞ-nin, Avropa Parlamentinin, ATƏT PA-nın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını ehtiva edən qərar və qətnamələrinə qarşı çıxmış oldu.

AŞPA qeyd edilən qərarı qəbul etməklə birmənalı şəkildə Ermənistanı dəstəklədi və bir daha onu dövləti öz çətiri altına alaraq onun maraqlarına xidmət etdiyini sübuta yetirmiş oldu”, deyə millət vəkili əlavə edib.

O AŞPA-nın öz qərarlarına qarşı çıxdığına görə təəssüf etdyini bildirib. “Ölkəmizə qərəzli mövqe tutduğuna və məqsədyönlü şəkildə öz Nizamnaməsində ehtiva edilmiş üzv dövlətlərin bərabərliyi və hüququn aliliyini pozmasını AŞPA-da demokratiya və ədalət prinsiplərinin süqutu kimi dəyərləndirirəm. AŞPA Ermənistanın siyasətini müdafiə etməklə işğalçıların əlində bir oyuncağa çevrildi”, deyə Süleymanov bəyan edib. 

Xəbər lenti
0