BAKI, 26 yan — Sputnik. Qadınların problemlərinə diqqət çəkmək üçün kürək çəkərək 9 ayda 13 min kilometr məsafə qət edən 6 qadın ABŞ-ın San-Fransisko şəhərindən Avstraliyaya gəlib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uzun mübarizədən sonra Sakit okeanı keçən qadınlardan ibarət ilk kürək çəkmə komandası olaraq tarixə düşməyi bacarıb.
257 günlük okean səfəri
6 nəfərlik ingilis komandası Kaliforniya ştatının San-Fransisko şəhərindən 2015-ci ilin aprel ayında səfərləri başlayıb. 13 min 679 kilometr yol qət edərək yanvarın 24-də Avstraliyaya çatıblar. Beləcə, okeanda 257 gün keçirmiş olublar.
Növbəli 2 saat kürək çəkib 90 dəqiqə istirahət etdilər
Doris adı verilən qayıqda dəstəksiz olaraq səyahət edən qadınlar növbəli 2 saat kürək çəkib 90 dəqiqə yatıblar. Yalnız Havay və Samoa adalarında bir həftə durublar.
Məqsəd çətin vəziyyətdə olan qadınların mübarizələrinə diqqət çəkmək, sinə xərçəngi üçün yardım yığmaq
Onlar səfər iki xeyriyyə təşkilatına dəstək olmaq üçün çıxmışdılar və onlar üçün 250 min funt toplamağı hədəfləyirdilər. Bu səfərlə çətin vəziyyətdəki qadınların mübarizələrinə diqqət çəkmək istəyirdilər. İndiyədək 30 min funtdan çox pul yığıblar.
6 min 200 saat kürək çəkdilər
Facebook səhifələrinə görə, dənizdə keçirdikləri 9 ayda qadınlar 6 min 200 saat kürək çəkib, 7 min 700 litr su içiblər. Başlanğıcda səfəri altı-yeddi ayda bitirməyi planlaşdırmışdılar, amma əlverişsiz hava şəraiti bunu gecikdirib.
Gücümüz birliyimizdədir
Səfərin son hissəsi xüsusilə çətin keçib. Qrup Facebook səhifələrində son kilometrləri belə paylaşıb: "Ötən 13 min 650 kilometrin hazırda bir mənası yoxdur. Yorğunluq, yuxusuzluq və normal qidalanmamaqdan son həddə gəldik artıq. Amma gücümüzü buradan alırıq. Həmişə birlikdə, daha da sürətli, güclü kürək çəkməkdən".