BAKI, 26 yan – Sputnik. Türk kinosunun canlı əfsanəsi, sultanı Türkan Şoray albomunun ilk klipini mətbuata tǝqdim edib.
Sputnik Habertürk-ə istinadən xəbər verir ki, aktrisanın ilk klip işi "Olmaz Olmaz Bu İş Olamaz" üçün keçirilən mətbuat konfransında çıxış edən sənətçi, musiqiyə hǝr zaman marağının olduğunu dilə gətirib.
Uzun müddətdir albom hazırlamaq istǝdiyini söyləyən Şoray, "Bir neçǝ dǝfǝ təşəbbüs etdim, ancaq alınmadı. Bəxtsizlik oldu. Son dövrlərdə də əslində daim kino ön planda oldu, amma hǝmişǝ bir albom hazırlamağı arzu edirdim” —deyǝ qeyd edib.
Məşhur sənətçi daha sonra bunları deyib: “kino ilə işim bitdikdən sonra, səsim də sevǝnlǝrimǝ xatirə qalsın istəyirdim. Ona görə albom təklifi gələndə çox sevindim. Bu albom məni sevənlərə bir hədiyyədir. Onun üçün məni sevənlərə, bu albomu alanlara bütün qəlbimlə sevgilərimi göndərirəm. Çünki bu albom onlar üçün idi və bunu hiss etdilər. Albomu alan hǝr kǝsi ürǝkdǝn öpürəm”.
Türkan Şoray, alboma verdiyi dǝstǝyǝ görǝ Mətn Özülkü-yə də təşəkkür edərək, albomda ən böyük dəstəyin ondan gəldiyini bildirib.