Bu adam amerikalıları şoka salıb

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidilan
ilan - Sputnik Azərbaycan
Abunə olmaq
Tom Frid qeyri-adi üsulla, öz bədəninə ilan zəhəri yeridib vaksin almaq qərarına gəlib

Bu adam amerikalıları şoka salıb
BAKI, 26 yan — Sputnik. Amerika sakini Tom Frid qeyri-adi üsulla vaksin əldə etmək qərarına gəlib. Sputnik xəbər verir ki, o, zəhərə qarşı immunitet inkişaf etdirmək üçün öz bədəninə zəhər yeritməyə başlayıb.

"Mən anladım ki, bu, bəşəriyyətə fayda verə bilər. Bir çox insan ilan sancmasından dünyasını dəyişib. Mən bunu başa çatdıran zaman mənim vaksinim insanlara kömək edəcək. Mən nəticə əldə edənədək və ya ölənədək dayanmayacam", — Tom Frid bildirib.

Tomun sözlərinə görə, hazırki mərhələdə onun bədəni tibbi müdaxilə olmadan zəhərlənməyə qalib gəlir. Onu əvvəllər də dünyada ən zəhərli ilanlardan hesab olunan taypan və qara mamba sancıb. Tom bu ilanları sevimli ev heyvanları kimi bəsləyir. Bundan başqa, onun evində bir su kobrası və iki zınqırovlu ilan yaşayır.

Həkimlər Tomun təcrübələrinin çox təhlükəli olduğunu bildirirlər. Onlar, eləcə də qeyd ediblər ki, ilan zəhərlərinin öyrənilməsi üçün onlarda olan zəhərli maddələr haqda müəyyən biliklərə sahib olmaq çox vacibdir. Tom isə nə toksikologiya, nə də ki, biokimya sahəsində təhsil alıb. Buna görə də, onun vaksin əldə etmək üçün necə təqdiqat apardığı aydın deyil.

Qeyd edək ki, 2011-ci ildə iki kobra tərəfindən eyni anda sancılan Tom komaya düşüb. O, az qala öz həyatını da itirəcəkdi. Evlilikdən 20 il sonra onu tərk edən həyat yoldaşı Betin sözlərinə görə isə, onun əri üçün birinci yerdə həmişə ilanlar olublar.

Xatırladaq ki, bu vaxta kimi Tom Fridi 160 dəfə ilan sancıb.

Xəbər lenti
0