BAKI, 26 yan — Sputnik. Azərbaycan dövləti daxili istehsalı təşviq etməlidir.
İqtisadçı-ekspert Samir Əliyev Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "2016-cı il üçün büdcəyə yenidən baxılması Azərbaycana nə varəcək?" mövzusunda keçirilən dəyirmi masada bu fikirləri işlədib.
"Daxili istehsalımız olsa insanlar gedib Dərbənddən aylıq ərzaq alıb gəlməz. Halbuki, Rusiyanın özündə də dollar bahalaşıb. Amma orda ərzaq qiymətləri 2-3 qat bizdən ucuzdur. Çünki orda azad daxili istehsal var", deyə Əliyev bildirib.