Keçmiş XİN başçısı: Azərbaycana kömək etmək İranın borcudur

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əkbər Vilayəti təəssüflə vurğulayıb ki, Azərbaycandan bəzi adamlar hökumətin icazəsi və xəbəri olmadan İŞİD terror qruplaşmasına qoşulub.

BAKI, 25 yan — Sputnik. “İslam Respublikasının borcudur ki, İranla mədəni, dini və tarixi oxşarlığı olan Azərbaycana kömək etsin və onunla əməkdaşlığı gücləndirsin”.

Bu sözləri İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri, Məsləhət Şurasının Baş Asambeleyasının üzvü, keçmiş XİN başçısı Əli Əkbər Vilayəti APA-ya açıqlamasında deyib. O bildirib ki, hər iki ölkə dost və qardaş ölkələrdir: “Mən düşünürəm ki, Azərbaycan və İranın arasında əlaqələr daha da inkişaf etdirilməlidir. Xarici işlər naziri işlədiyim dövrdə mərhum prezident Heydər Əliyev və Azərbaycanla əlaqələrimiz çox yaxşı səviyyədə idi. İndi də əlaqələr yüksələn xətt üzrə davam edir. O vaxtkı prezident Ayətullah Haşimi Rəfsəncani dost, müsəlman və qonşu ölkəyə hər cür yardım edirdi”.

Ə. Ə. Vilayəti təəssüflə vurğulayıb ki, Azərbaycandan bəzi adamlar hökumətin icazəsi və xəbəri olmadan İŞİD terror qruplaşmasına qoşulub: “Bunlar öz ölkələrinə qayıdanda əhalisinin böyük əksəriyyətini şiələr təşkil edən Azərbaycan üçün təhlükə yaradacaqlar”.

Vilayəti qeyd edib ki, təkfirçi və ifratçı hərəkatlara nəzarəti artırmaq və Azərbaycana bu sahədə yardımlar etmək məqsədilə İran və Azərbaycan rəsmiləri arasında danışıqlar aparılıb.

Qeyd edək ki, ötən həftənin sonunda Qumda ifratçı və təkfirçi hərəkatlarla mübarizə konqresi keçirilib.

Xəbər lenti
0