BAKI, 25 yan — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Generalın son əmri” tamaşası nümayiş olunub.
Sputnik xəbər verir ki, Xalq şairi Vaqif Səmədoğlunun eyni adlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.