ELM

2020-ci ilədək 5,1 milyon nəfər bu səbəbdən işini itirəcək

© imdb.comSüni intellektli robot
Süni intellektli robot - Sputnik Azərbaycan
Abunə olmaq
Robotların insanları əvəz edəcəyi və iş yerlərini ixtisara salacağı ilə bağlı uzaqgörənlik artıq yalnız akademik bir mübahisə deyil.

BAKI, 25 yan — Sputnik. Robotlardan işçi kimi istifadə genişlənməkdədir. Bəs insanların iş yerləri nə olacaq?

Robotların insanları əvəz edəcəyi və iş yerlərini ixtisara salacağı ilə bağlı uzaqgörənlik artıq yalnız akademik bir mübahisə deyil.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, robotlardan  istifadənin yayılması və sənayenin rəqəmsallaşdırılması, başda sənaye ölkələri olmaqla 2020-ci ilə qədər milyonlarla iş yerini təhdid edir.

Kompüterlərin avtomobil sürəcəyi, robotların isə xəstələrə baxacağı bir gələcəyin indiki vaxtda insanlar üçün düşünülməsi çətindir. 

Rəqəmsal inqilabın gerçək olması bir müddətdir ciddi bir şəkildə elm dünyası tərəfindən müzakirə edilir. Monoton və ağırlığa  söykənən işlərin robotlar tərəfindən görülməsi bir çox insan və şirkətlərin işini asanlaşdırsa da, eyni zamanda, saysız iş yerlərinin ləğv edilməsinə yol açacaq.

Ümumdünya İqtisadi Forumunun hesabatına görə, robotlardan istifadənin yayılması və sənayenin sürətlə rəqəmsallaşdırılması iş bazarını önümüzdəki illərdə sarsıdacaq. 

Hesabatda qlobal iş gücünün 65 faizini təmsil edən bu bazarlarda texnoloji inkişafın 2020-ci ilə qədər 5,1 milyon işi sıradan çıxaracağı ifadə edilir.

Digər tərəfdən, rəqəmsallaşma üçün ən əhəmiyyətli ünsür olan proqramlaşdırma kimi kompüter və texnika sahəsindəki  peşələrdə  2020-ci ilə qədər yeni məşğulluq sahələrinin açılacağı təxmin edilir.

Xəbər lenti
0