Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah da qar yağacaq

© Sputnik / Александр Натрускин / Mediabanka keçidSulu qar
Sulu qar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında yanvarın 26-da arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

BAKI, 25 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. 

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Rayonlarda yanvarın 26-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Xəbər lenti
0