Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiymətləri neqativ dinamikaya qayıtmağa başlayıb

© FlickrNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
Deniel Ənq: Sərmayəçilər güclü artımdan gəlir götürürlər və sonra qiymətləri üzü aşağı buraxırlar.

BAKI, 25 yan-Sputnik. Bu gün səhər saatlarında Brent markalı neftin bir barrelinin 32 dolları keçdiyi elan edilsə də, elə günün birinci yarısındaca qiymətlərin sürətlə enməsi neft ixracatçılarını məyus edib. 

Sputnik-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 12.25-də Brent neftinin mart fyuçersi 2,99% ucuzlaşaraq 31,89 dollara düşüb (səhər tezdən neftin bu günə olan qiyməti 33,6 dollar təşkil edirdi). Bakı vaxtı ilə 17.20 radələrində isə mart fyuçersləri 31.34 dollara düşüb. WTI markalı neftin fyuçersləri isə günün birinci yarısında 3,90% ucuzlaşaraq 30,95 dollar təşkil edib.
Qlobal bazarda həddindən artıq neft bolluğunun yaranması səbəbindən neftin qiymətləri neqativ dinamikaya qayıtmağa başlayıb. Sərmayəçilər bu səbəbdən müvəqqəti olaraq öz mövqelərinə çəkiliblər. "Çünki onlar güclü artımdan gəlir götürürlər və sonra qiymətləri üzü aşağı buraxırlar" — deyə Phillip Futures-in analitiki Deniel Ənq (Daniel Ang) bildirib.

Xəbər lenti
0