BAKI, 25 yan — Sputnik. Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Bu barədə Sputnik Azərbaycan prezidentinin rəsmi saytına istinadən məlumat verir.
Natiq Əmirov bu günədək Vergilər nazirinin birinci müavini postunu tutub.