Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ekspert: Xəstə öləcəksə, İran klinikasında əməliyyata niyə külli miqdarda pul verilsin?!

CC BY-SA 2.0 / Alex Proimos / The Stethoscope9 aylıq körpə Təbriz xəstəxanasında həyatını itirib
9 aylıq körpə Təbriz xəstəxanasında həyatını itirib - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban Məmmədov: Mən nəinki İranın, hətta hər hansı digər dövlətin də belə hərəkət edəcəyinə qətiyyən inanmıram. Yayılan xəbərlər dezinformasiya ola bilər.

BAKI, 25 yan – Sputnik. 9 aylıq körpə Dadaşzadə Qorqud Rövşən oğlu yanvarın 20-də İranın Təbriz şəhərində “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində həyatını itirib. Dünyasını dəyişmiş uşağın xəstəxana xərcləri olan 15 min 500 manat borcdan 12 min 300 manatı ödənilmiş, lakin həkimlər 3 min 200 manat borcu əsas gətirərək, uşağın meyitini ailəsinə verməkdən bir müddət imtina etmişdi.

Bu gün əldə olunan məlumata görə, Təbrizdəki Azərbaycan Baş Konsulluğunun girişimləri ilə, uşağın meyiti valideynlərinə verilib, hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması üzrə işlər aparılır.

Tanınmış hüquqşünas Qurban Məmmədov mövzu barəsində Sputnik-in suallarını cavablandırıb:

© Photo : Gurban JalalogluQurban Məmmədov, hüquqşünas
Qurban Məmmədov, hüquqşünas - Sputnik Azərbaycan
Qurban Məmmədov, hüquqşünas

– İran xəstəxanasındakı azərbaycanlı uşağın meyidinin qaytarılmasında yaranan krizlə bağlı sizin mövqeyiniz nədir? 

 Analoji bir hadisə 5 ya 6 il əvvəl Bakı şəhərindəki Mərkəzi Klinik xəstəxanasında da olmuşdu. Sabirabadlı bir nəfər xəstə ilə xəstəxana arasında 14 min manat dəyərində müqavilə bağlanmışdı. Həmin adam o gecə əməliyyatda dünyasını dəyişmişdi. Hospital rəhbərliyi 8 mini almışdı, ancaq meyidi qaytarmırdı ki, qalan 6 min manat da ödənilsin.  Mən o iş üzrə vəkil olmuşam və məhkəmə xəstənin qohumlarının lehinə ədalətli qərar verib. Xəstənin yaxınları qalan 6 min manat borcu ödəməkdən azad olundular. Belə də olmalıdır. Axı sağ qalmaqla ölmək bir deyil, əməliyyatın nəticəsinə görə qiymətdə də fərq olmalıdır. Məhkəmə qərarı belə əsaslandırdı ki, vətəndaş 14 min manatı ona görə xəstəxanaya verməyə hazır idi ki, onu sağaldasız, yoxsa xəstəni öldürəcəksizsə insanlar nəyə görə külli miqdarda pul ödəsinlər?!. 

– Bu cür məsələlər necə həll olunmalıdır? Əməliyyatdan öncəki proses necə tənzimlənməlidir?

 Əgər əməliyyatdan öncə xəstəyə 20-30% yaşama şansı verilirsə və nəticədə xəstə dünyasını dəyişirsə müqavilədə qeyd olunan əməliyyat xərcindən məhz həmin faiz dəyərində pul tutulmalıdır. Yəni əgər əməliyyat qiyməti 14 min manatdırsa, həmin məbləğin 30%-i tutulmalıdır. Əks təqdirdə bu qanunsuzluqdur, məntiqsizlikdir. Əgər xəstə sağ qalmırsa nəyə görə pulun hamısı ödənilməlidir ki?! 

– Bəs yaranan böhranı insani yöndən necə qiymətləndirirsiz? Həm də nəzərə alsaq ki İran İslam dövlətidir və bizim xalqla eyni dinə mənsubdur. 

 "Quran-i Kərim”də bir ayə var, Uca Allah buyurur ki, “əgər imkanın varsa bağışla, çünki Allah bağışlayanları sevər”. Özünü bizə qardaş hesab edən dövlət niyə belə hərəkət etsin ki? İran tərəfinin hərəkətlərini araşdırmadan, dəqiq fikir bildirmək biraz çətindir. Çünki yayılan xəbərlər dezinformasiya da ola bilər. İran bizə qardaş və qonşu dövlətdir. Müsəlman ölkəsidir. Meyidi saxlamaqla nə qazanacaqlar ki?! Hesab edirəm ki, burda anlaşılmazlıq var. Mən qətiyyən inanmıram ki, nəinki İran, hər hansı bir dövlət belə bir hərəkət edə. 

Xəbər lenti
0