Təhsil nazirliyi şagirdin döyülməsi faktını araşdırır

© Flickr / Victor BjörkundSinif otağı
Sinif otağı - Sputnik Azərbaycan
Abunə olmaq
Xırdalandakı 9 saylı məktəbdə şagirdin döyülməsi barədə yayılmış video ilə əlaqədar hazırda araşdırma aparılır.

BAKI, 25 yan-Sputnik. Azərbaycan Təhsil Nazirliyi Xırdalan şəhərinin 9 saylı orta məktəbində şagirdin döyülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalar aparmağa başlayıb.

Sputnik Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu məsələ ilə bağlı yayılmış video ilə əlaqədar hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

Sosial şəbəkələrdə növbəti dəfə müəllimin şagirdə qarşı zor tətbiq edilməsini əks etdirən video paylaşılıb. Budəfəki videokadr Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə çəkilib.

Bundan bir müddət öncə Sumqayıt şəhəri 22 saylı orta məktəbdə müəllim şagirdi döydüyünə görə işdən azad edilmişdi.

Xəbər lenti
0