Amerika hərbçiləri nüvə raketini əllərindən salıblar

© Sputnik / Максим Блинов / Mediabanka keçidСтарт космического корабля. Архивное фото
Старт космического корабля. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
İnsident 2014-cü il mayın 17-də Kolorado ştatının şimal-şərqində buraxılış şaxtasında "Minitmen" qitələrarası ballistik raketinə texniki qulluq zamanı baş verib.

BAKI, 24 yan — Sputnik. ABŞ hərbi-hava qüvvələrinin hərbçiləri təsadüfən nüvə başlıqlı reketi zədələyiblər. Hadisə 2014-cü ildə baş versə də, HHQ rəhbərliyi indi bu barədə məlumat yayıb.

İnsident 2014-cü il mayın 17-də Kolorado ştatının şimal-şərqində buraxılış şaxtasında "Minitmen" qitələrarası ballistik raketinə texniki qulluq zamanı baş verib. Üç həbçi tərəfindən buraxılmış səhv nəticəsində raket "qeyri-işlək" vəziyyətə düşüb.

HHQ-dən verilən məlumata görə, səhv heyətin təcrübəsinin azlığı ucbatından baş verib. Qurumdan bildirilib ki, hadisə ictimaiyyət üçün təhlükə törətməyib.

Sonradan raket şaxtadan çıxarılıb. Onun təmiri 1,8 milyon dollara başa gəlib.

Xəbər lenti
0