Aparıcı bankların menecerlərinin maaşı kəsildi

Abunə olmaq
Bunun səbəbi bankların göstəricilərinin pisləşməsidir.

BAKI, 24 yan — Sputnik. Goldman Sachs və Morgan Stanley-nin top menecerleri 2015-ci ilin nəticələrinə görə, nisbətən az məvacib alacaqlar. Bunun səbəbi bankların göstəricilərinin pisləşməsidir. 

Belə ki, Goldman Sachs bankının rəhəbri Lloyd Blankfeyn ötən ilə nisbətən milyon dollar az alacaq. Onun kompensasiyası (bura bonuslar da daxildir) bank il ərzində 31% gəlir itirdikdən sonra 23 milyon dollar təşkil edib.  Bu barədə The Guardian məlumat verib. Bankın səhmləri keçən il 7% düşüb.

Morgan Stanley-nin baş direktorunun kompensasiyası 6,7% azalaraq 21 milyon dollar olub. Ötən il bu investisiya bankının səhmləri 18% düşüb.

Lakin həmin dövr üçün ABŞ-ın JPMorgan bankının rəhbəri Ceymi Daymonun kompensasiyası 35% artıb. İndi o 27 milyon dollar alacaq. The Guardian-ın yazdığına görə, keçən il JPMorgan xərcləri kəskin azaldıb, o cümlədən 5 min əməkdaş ixtisar olunub.

Xəbər lenti
0