Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mingəçevir Dövlət Dram Teatrının kollektivi bəyanat yayıb

© Sputnik / D.Kalinin / Mediabanka keçidMingəçevir
Mingəçevir - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda 50 illik yubileyinə qədəm qoymağa hazırlaşan teatr haqqında mətbuatda yazılanlardan narahatlıq ifadə olunub.

BAKI, 23 yan — Sputnik. Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda 50 illik yubileyinə qədəm qoymağa hazırlaşan teatr haqqında mətbuatda yazılanlardan narahatlıq ifadə olunub:

“Bu teatrda ömrünü teatr həyatına həsr edən aktyorlar fəaliyyət göstərirlər. Gənc nəsil onlardan ruhlanır. Belə bir tarixə malik olan teatrımıza qarşı bəzi qüvvələr çamur atmağa çalışır, hər dəfə bir iyrənc əməllə, böhtanla teatrımızı nüfuzdan salmaq və yaradıcı insanları ləkələməyi qarşılarına məqsəd qoyurlar. Bu adamlar Azərbaycan məhkəmələrində qanun qarşısında ifşa olunub, məhkəmələr onların haqqında layiqli qərar və qətnamələr çıxarıb. Lakin bu insanlar öz bəd əməllərindən əl çəkmirlər. Biz kollektivin yaradıcı heyəti olaraq hər bir mətbuat orqanından xahiş edirik ki, teatr sənətinin incə sənət olduğunu nəzərə alıb, tənqid edəndə də incə şəkildə araşdırıb, doğrunu yazsınlar”.

Bəyanatda qeyd olunub ki, teatrın ali dərəcəli aktyoru Asim Məmmədov haqqında bu gün bəzi saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir: “Bu, dəfələrlə nizam-intizamı pozduğu üçün teatrdan işdən çıxarılan Salamov İbrahimin növbəti çirkin bir niyyətidir. Asim Məmmədovdan alınan izahata və araşdırmalarımızdan məlum olub ki, bu xəbəri teatr rəhbərliyinə qarşı məhz İbrahim Salamov yayıb. Bunu Asim Məmmədov öz izahatında göstərib. Telefonuna gələn İbrahim Salamovun mesajlarını da kollektivə göstərib. Biz aşağıda imza atan aktyorlar bildiririk ki, gözəl tamaşalarla tamaşaçılarımızı sevindirməyə çalışırıq, biz bir olub pis niyyətli adamların sevinməsinə imkan yaratmayacağıq”. 

 Qeyd edək ki, bəzi mətbu orqanlarında teatrın aktyoru Asim Məmmədovun intihara cəhd etməsi barədə xəbərlər yayılıb.

Xəbər lenti
0