Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya AŞPA-nın qış sessiyasını boykot etdi

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
Abunə olmaq
Leonid Slutski: "Biz Strasburqa yalnız o vaxt qayıdacağıq ki, Rusiyaya bərabərhüquqlu şərtlər və nümayəndə heyətinin bütün səlahiyyətlərinin qaytarılması ilə bağlı zəmanət veriləcək"

BAKI, 18 yan-Sputnik. Rusiya Federasiyasının nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak etməyəcək. Sputnik-in məlumatına görə, bu barədə jurnaistlərə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitəsinin sədri, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Leonid Slutski məlumat verib.

"Hazırda AŞPA-nın sədri Ann Brasserə Rusiya parlament palatasının spikerlərinin imzası ilə məktub hazırlanıb ki, RF-in nümayəndə heyətinin 2016-cı il üçün səlahiyyətləri ilə bağlı daha sonra müraciət ediləcək. Biz yanvar sessiyasını buraxırıq", — deyə Slutski bildirib.

Slutskinin sözlərinə görə, Rusiya Strasburqa yalnız o vaxt qayıdacaq ki, ona bərabərhüquqlu şərtlər və nümayəndə heyətinin bütün səlahiyyətlərinin qaytarılması ilə bağlı zəmanət veriləcək: "Dövlət Dumasının spikeri Sergey Narışkinin dediyi kimi, biz hər hansı diskriminasiyaya, RF-in nümayəndələrinə münasibətdə sanksiyalara dözməyəcəyik".

Rusiya Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutskinin MSK sədri Məzahir Pənahovla görüşü - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Dumasından Azərbaycandakı seçkilərə dəstək
2015-ci ilin yanvarın sonlarında AŞPA Ukraynada yaranmış vəziyyətlə bağlı RF-in nümayəndə heyətini səsvermə, qərarverici orqanlarda və seçkilərin monitorinqində iştirak hüququndan məhrum edən qətnamə qəbul edib. Buna cavab olaraq, Rusiyanın nümayəndə heyəti 2015-ci ilin sonunda Assambleyanı tərk edib.

Bu yaxınlarda RF-in AŞPA-dakı nümayəndə heyətinin üzvü Vasili Lixaçev bəyan etmişdi ki, Rusiya nümayəndə heyətinin AŞPA-nın yanvar sessiyasında iştirakı ilə bağlı məsələ müzakirə olunur. Bu barədə yekun qərar Dumanın deputatları, Federasiya Şurasının üzvləri, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrdən sonra veriləcək.

Xəbər lenti
0