Dünyanın ən uzunömürlü adamını Amerikada necə aldatdılar?

© milliyet.com.trUzunömürlü Zaro ağanın şəxsiyyət vəsiqəsi
Uzunömürlü Zaro ağanın şəxsiyyət vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Onunla şəkil çəkmək 10 dollar, onu öpmək isə 15 dollar idi.

BAKI, 23 yan — Sputnik. Dünyanın ən çox yaşayan adamı Zaro ağa 1777-ci ildə Türkiyənin Bitlis vilayətinin Mutki mahalının Meydan kəndində doğulub, 1934-cü ildə İstanbulda vəfat edib.

Sputnik-in “Milliyət”-ə istinadən verdiyi məlumata görə, Zaro ağa dünyaya gələndə Osmanlı imperiyasında birinci Əbdülhəmid hakimiyyətdə idi.

Gənclik illərində İstanbula köçəndə hakimiyyətdə üçüncü Səlim idi.

“Ortaköy”, “Nusretiye” məscidlərinin, hərbi birliklərin sığınması üçün “Səlimiyə Kışlası”,  “Dolmabahçe” Sarayının inşasında əməyi olub. Bunların hamısı o illərdə inşa edilmişdi və Zaro ağa bu tarixi strukturların inşasında çalışmışdı. Bir çox müharibələri gördü (Krım savaşı, Rus savaşı, Balkan savaşı və s.).

Uzun həyatı boyunca səltənətini gördüyü padşahları saymaqdan  yorulacaqsınız: birinci Əbdülhəmid, üçüncü Səlim, ikinci Əbdülhəmid, beşinci Murad…

Uzun yaşamaq istəyənlərə bol bol qatıq yeyin deyərdi.

İstanbuldakı ömrünü kiçik bir evdə keçirdi. Erkən yediyi axşam yeməklərində süfrəsində yalnız qatıq ya da yalnız çörəklə ayran saxlayardı. Tam 100 il bu vərdişini dəyişdirmədi.

İstanbulda hamballıq da etdi. Hamballar teşkilatını o qurdu. Ancaq, qəmli həyatı bundan sonra başladı. İki Amerikalı yəhudi Zaro ağayı yeni bir həyat vədi ilə Amerikaya getməyə razı saldı.

Zaro ağa Nyu-York-da böyük bir mərasimlə qarşılandı.

Ancaq onu aparanların niyyətləri başqa idi. Xüsusi bir paltar geyindirib sirklərdə dünyanın ən yaşlı insanıdır deyə nümayiş etdilər. 

Şəkil çəkdirmək 10 dollar, öpmək 15 dollar idi. 150 yaşındakı ağanı əyalət əyalət dolaşdırıb sonradan pulsuz-parasız gətirib İstanbula buraxdılar.

Bu həyat tərzi ona çətin gəldi. 29 iyun 1934-cü ildə İstanbulda vəfat etdi. 157 yaşına qədər sağlam olan və həkimə getməyən Zaro ağanın son ildə ciyərlərində vərəm, ürəyində böyümə ortaya çıxmışdı.

Dəfn edilərkən nəvəsinin nəvələrindən biri belə qışqırıb: Atam, öldü! Dünyada doya-doya yaşaya bilmədən getdi.

157 illik həyatında 20 dəfə evləndi. Həyat yoldaşlarına laqeyd yanaşmadı. Amma uşaqlarının və nəvələrinin sayını o da bilmirdi.

Xəbər lenti
0