"Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırıldı

© Photo : APAMilli Televiziya və Radio Şurası
Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Abunə olmaq
MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul etmişdi.

BAKI, 23 yan — Sputnik. ""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.

Sputnik-in xəbərinə görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.

Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.

Xəbər lenti
0