BAKI, 23 yan — Sputnik. Azərbaycandan Türkiyənin Qazipaşa və Alanya hava limanlarına birbaşa aviareyslər həyata keçiriləcək.
Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M. Çavuşoğlu Qazipaşa və Alanyaya birbaşa aviareyslərin Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcəyini bildirib: “Şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək. Bundan başqa, Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslər həyata keçiriləcək. Məsələ ilə bağlı danışıqlar davam edir”.