BAKI, 23 yan — Sputnik. Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu hazırda Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 2 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
“Silahlı insidentin səbəbləri və təfsilatları barədə danışmaq hələ tezdir”, deyə baş nazir vurğulayıb.