BAKI, 22 yan-Sputnik. 2015/16-ci illər mövsümünün sonunda dünyada taxıl ehtiyatlarının həcmi son 29 il ərzində ən yüksək səviyyəyə çata bilər.
Sputnik Report-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Taxıl Şurası (IGC) analitiklərinin yenilənmiş proqnozlarında qeyd olunur.
Məlumata görə, taxıl ehtiyatları 455 mln. ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ekspertlərin əvvəlki qiymətləndirməsini 1 mln. ton qabaqlayır və ötən mövsümün göstəricisindən 8 mln. ton çoxdur.
2015/16-cı illər mövsümündə dünyada taxıl istehsalı 1,992 mlrd. ton səviyyəsində gözlənilir ki, bu da IGC-nin əvvəlki qiymətləndirməsindən 4 mln. ton aşağıdır.