BAKI, 22 yan-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bu gün Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb.
Sputnik-in məlumatına görə, görüşdə prezidentlər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər.
Onlar Azərbaycan və Ukrayna arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.