CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilindən ilginc açıqlama

© Sputnik / Fuad HəsənovElxan Süleymanov
Elxan Süleymanov - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Süleymanov neft pullarının vaxtında düzgün xərclənmədiyini deyir: "İnsan o vaxt gələcəyini yaxşı qurur ki, pulu olanda onu daha düzgün xərcləyir"

BAKI, 22 yan — Sputnik. "Neft ölür, biz də kasıblamalıyıq. Bu təbii haldır. Lakin insan o vaxt gələcəyini yaxşı qurur ki, pulu olanda onu daha düzgün xərcləyir".

Президент Ильхам Алиев. Архивное фото - Sputnik Azərbaycan
Azərbaycan prezidenti: Ümid edirəm ki, neftin qiyməti gələn il 60-70 dollar olacaq

Sputnik xəbər verir ki, bu açıqlamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov jurnalistlərlə keçirdiyi görüşündə deyib.

Ölkədə vaxtında anti-böhran tədbirlərinə başlanılmadığına işarə edən millət vəkili, neftdən gələn gəlirlərin zamanında doğru xərclənmədiyini bildirib.

"Azərbaycan neft və qaz ölkəsidir. Bizim büdcəmiz bunlarla formalaşır. Hökumət gözləmirdi ki, neftin qiyməti birdən-birə belə düşə bilər. Ona görə də indi arzuolunmaz durumla qarşılaşmışıq", —deyə E. Süleymanov vurğulayıb.

Bununla belə, millət vəkili böhrandan, sadəcə Azərbaycanın əziyyət çəkmədiyini qeyd edib: "Digər neft istehsalçısı ölkələr də ağır vəziyyətə düşüblər. O cümlədən, çoxlu təbii sərvətləri olan Rusiya da bu bəlaya düşüb. Həmçinin də Qazaxstan. Onlar bizdən də pis vəziyyətdədirlər".

Deputat, neftin kəskin ucuzlaşmasınən səbəblərinə də toxunub: "Bu, ABŞ-Rusiya savaşının nəticəsidir".

 

Xəbər lenti
0