BAKI, 22 yan — Sputnik. "Manatın məzənnəsi ilə bağlı biz əlimizdən gələni etdik. Bundan artığını gələcəkdə hökumət etməyəcək". Sputnik xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan hökuməti milli valyutanı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcək: "Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapıb".