CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq

© Sputnik / Виталий Аньков / Mediabanka keçidKartof
Kartof - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik iddiaları təkzib etsə də, əhaliyə satılan kartofun yemlik sort olmasına dair şübhələr təsdiqlənir. Ekspertlər İrandan idxal olunan məhsullardan istifadə etməməyi məsləhət görürlər.

BAKI, 20 yan — Sputnik. Biz öz süfrəmizi kartofsuz təsəvvür edə bilmirik. Çox faydalı tərəvəz olan kartofun tərkibində C, B qrupu, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçiniz vacib mikroelementlər — maqnezium, fosfor, kalsium, dəmir var. Kartof kaliumun miqdarına görə tərəvəzlərin arasında lider sayılır.

© Sputnik / Xalid MəmmədovMeyvə tərəvəz bazarı
Meyvə tərəvəz bazarı - Sputnik Azərbaycan
Meyvə tərəvəz bazarı

Bu günlərdə KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığına dair məlumatlar yer alıb. Məsələ ilə əlaqədar Sputnik-in əməkdaşı Bakıda yerləşən meyvə-tərəvəz dükanlarında müşahidələr aparıb.

İlk girdiyimiz dükanda kartofun bir kiloqramı 1 manata satılırdı. "Kartoflar İrandan gətirilib, yerli məhsul deyil", —dedi satıcı.

Digər meyvə-tərəvəz dükanında qadın satıcı Dərbənddən gətirilən kartofun kiloqramını 1 manata satdığını söylədi. Keçmiş "Yasamal bazarı"nın yerində tikilən bazarda, demək olar ki, alıcı yox idi. Kartofun qiyməti ilə maraqlandıq. Dedilər ki, Gədəbəy kartofu var, qiyməti də 1.50 — 1.80 manata.

© Sputnik / Xalid MəmmədovMeyvə tərəvəz bazarı
Meyvə tərəvəz bazarı - Sputnik Azərbaycan
Meyvə tərəvəz bazarı

Başqa bir dükanda satıcı dedi ki, onlarda satılan kartof Rusiyadan, İrandan və Gədəbəydən gətirilib: "Müvafiq olara 1 manata, 1 manat 20 qəpiyə, 1 manat 50 qəpiyə satırıq".

Burada fikrini öyrəndiyimiz alıcı Faiq Vəliyev "əgər həqiqətən də camaata insan qidasına yerinə heyvan yemi yedizdirilirsə, vay bu millətin halına" deyir.

"Pensioner adamam, bu işin mütəxəssisi deyiləm, həm də kartofun tərkibini araşdırmağa borclu deyiləm. Aidiyyəti qurumlar araşdırmalıdır. Həqiqətən belə hal varsa, deməli, bizi heyvan yerinə qoyublar", —deyir Faiq dayı.

GMO məhsulu olub-olmamasını soruşduqda, satıcı məlumatsız olduğunu bildirdi: "Mən bu haqda bir söz deyə bilmərəm. Hamı gəlib bizdən alver edir".

Topdan və pərakəndə meyvə-tərəvəz satışı ilə məşğul olan mağazaya gəldik. Dedilər ki, Tovuz və Gədəbəy kartofu müvafiq olaraq 1.20 — 1.50 manata satılır. Rusiya və İran kartofu 80 qəpik — 1 manata satılır.

"Biz hardan bilək ki, bu kartof GMO-dur, texniki məhsuldur, yoxsa əsl təmiz kartofdur. Bu işlə gərək müvafiq qurumlar məşğul olsun", —dedi fikrini öyrəndiyimiz alıcı Gülnarə Kazımova.

© Sputnik / Xalid MəmmədovMeyvə tərəvəz bazarı
Meyvə tərəvəz bazarı - Sputnik Azərbaycan
Meyvə tərəvəz bazarı
Baş çəkdiyimiz kiçik meyvə-tərəvəz dükanında satıcı satdığı kartofun Ukraynadan gətirildiyini qeyd etdi: "1 manat 20 qəpiyə satıram. Yerli məhsul bahadır. Bazarda 1 manat 10 qəpikdən mənə satırlar. Artıq xeyli vaxtdır ki, yerli məhsul satmıram. Çünki, baha başa gəlir. Alan olmur".

"Biz kartofu "Meyvəli" bazarından alırıq. 1 kilosunu 90 qəpiyə satırlar. Biz də 1 manat 20 qəpiyə satırıq. Gədəbəy kartofudur. Biz bilmirik ki, kartof GMO məhsuludur, ya yox. Biz ancaq alıb-satırıq", —deyir üz tutduğumuz növbəti dükanın sahibi.

Onu da deyək ki, bəzi meyvə-tərəvəz dükkanlarının bağlandığını da müşahidə etdik. Ümimi qənaətimiz ondan ibarət oldu ki, bazarlarımızda xaricdən gələn kartof daha çox üstünlük təşkil edir, nəinki yerli məhsullar. Çünki, idxal olunanlar öz məhsulumuzdan daha ucuzdur. Və bu amil də GDO (Geni dəyişdirilmiş orqanizm) və texniki məhsulların ərzaq məhsulu kimi əhaliyə satılması ehtimalını gücləndirir.

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri, bitkiçilik üzrə mütəxəssis Sabir Vəliyev Sputnik-ə açıqlamasında, yerli kartofun təmiz, İrandan gətirilənlərin isə yem kartofu olduğunu bildirdi: "Onlarınkı heyvandarlıq üçündür. Ona görə o yaxşı kartof deyil".

"Ümumiyyətlə yaxşı olar ki, ordan heç kartof gəlməsin. Yem üçün olan kartofu insanlar mənimsəməməlidir, yeməməlidir. Bizim özümüzün yerli kartofumuz kifayət qədərdir. Elə o kartofumuzu alsalar, bəsdir", —dedi ekspert.

S. Vəliyev texniki və yemlik sort kartofun ölkəyə gətirilmə yollarından da danışdı: "Arabir olur da. Qaçaqmalçılıq yolu ilə gətirən olur. Elə hallar ola bilir. Müvafiq qurumlara tapşırılıb ki, yoxlayın, baxın, buraxmayın".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Bəs, GDO və yenlik kartof insan orqanizmi üçün nə dərəcədə təhlükəlidir? Həkim Adil Qeybulla Sputnik-ə deyib ki, Azərbaycana daxil olan meyvə-tərəvəzin böyük əksəriyyəti genetik motifikasiya olunmuş (GMO) məhsullardır: "Təəssüf ki, biz belə bir mənzərə ilə üz-üzəyik. Bu gün dünyada genetik motifikasiya olunmuş ərzaqların insan orqanizminə təsiri ilə bağlı mövqelər çox dəyişib. Müzakirə məsələsidir. Tədqiqatlar gedir və onun nəticələri yəqin bu illər ərzində açıqlanacaq".

"Amma istənilən halda Azərbaycanın daxili resursları, vəziyyəti imkan verir ki, öz ekoloji təmiz məhsullarımızı istehsal edək və əhalini bununla təmin edək", —deyə həkim vurğuladı.

Qeyd edək ki, cari il yanvarın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti məlumat yaymışdı. Məlumatda deyilirdi ki, bu gün KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığına dair məlumatlar yer alıb. Dövlət Fitosanitar Nəzarəti Xidməti yayılan bu məlumatların əsassız olduğunu bildirir.

"Belə ki, Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır. 2015-ci ildə Azərbaycana 120799 ton kartof məhsulu idxal olunub ki, bunun da 119857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur. Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları (Radomişlskiy, Ukrainskıy rozovıy, Nevski, Meçta, İdeal, Temp Laymdota, Filea, Solara, Nora, Aqriya, Lanra, Marabel, Mono Liza, Spinta, Arinda, İmpala və s.) gətirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartof sortlarının idxalı ilə əlaqədar heç bir müraciət daxil olmayıb. İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur".

© ReportAzərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov - Sputnik Azərbaycan
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov

Xidmət qeyd edir ki, idxal olunan kartofda insan sağlamlığı üçün təhlükəli maddələrin — nitrat və nitridlərin, pestisidlərin, bəzi hallarda isə ağır metalların miqdarı yoxlanılır: "Ölkəyə daxil olan hər yük partiyasından nümunələr analiz üçün Dövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinə gətirilir və müvafiq laboratoriyalarda analizlər aparılır. 2015-ci ildə idxal olunan kartof məhsullarında nitrat və nitritlərin miqdarı yol verilən həddən aşağı olub, pestisidlər və ağır metallarla bağlı təhlükəli hallar qeydə alınmayıb. Cari ildə müfəttişlər tərəfindən istehlak bazarında həyata keçirilən baxış zamanı 948 kq kartof məhsulunun göstəriciləri standartlarına uyğun gəlmədiyi üçün, məhv edilərək, dövriyyədən çıxarılıb".

Xəbər lenti
0