BAKI, 21 yan — Sputnik. Səhiyyə Nazirliyi tərəfindən, rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezidentlərin ixtisas üzrə təhsil proqramına uyğun hər hansı rotasiyanı 2015/2016-ci tədris ilində xarici ölkələrin aparıcı tədris klinikalarında keçməsi üçün müsabiqə elan olunur. Sputnik nazirliyin saytına istinadən xəbər verir ki, müsabiqədə aşağıdakı rezidentlər iştirak edə bilər:
1. Hazırda ixtisas üzrə rezidenturanın sonuncu təhsil ilində təhsil alanlar;
2. Səlis xarici dil (türk, ingilis və ya alman) bilgisi olanlar.
Müsabiqədə iştirak etmək istəyən rezidentlər aşağıdakı sənədləri 15.02.2016-cı il tarixinə kimi saat 15:00-dan 17.00-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elektron Səhiyyə xidmətində (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim etməlidirlər:
1. Ərizə (ərizə nümunəsi verilir);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Xarici pasportun surəti;
4. Rezidentura təhsili aldığı tibb müəssisəsindən xasiyyətnamə;
5. Xarici dil səviyyəsi barədə sənəd.
Sənədlərini təqdim etmiş, müsabiqə şərtlərinə uyğun gələn rezidentlər müsahibə üçün Səhiyyə Nazirliyinə dəvət olunacaqlar. Suallarınızla bağlı Səhiyyə Nazirliyinə 012 441 26 03012 441 26 03 # 306 telefon nömrəsinə saat 10:00-dan 12:00-dək zəng vura bilərsiniz.