Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zəif bankların bağlanması vəziyyəti dəyişəcəkmi?

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Baş bankir Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcəyini bəyan edib. Ekspert isə, bu addımın bütövlükdə bank sistemində olan problemləri həll etməyəcəyini düşünür.

BAKI, 19 yan — Sputnik. "Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək. Zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir".

Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
TƏHLİL
Banklardakı əmanətlərin taleyi necə olacaq?

Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov vermişdi. O qeyd etmişdi ki, zəif banklar birləşməlidir və bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, hazırda Azərbaycanda təxminən 40 bank var: "Onun da yarıdan çoxu, demək olar ki, müflis vəziyyətdədir. Necə ki, qeyri-sağlam insan ailə qura bilməz".

"Təbii ki, qeyri-sağlam banklar da birləşə bilməz. Yəni, onların birləşməsində xeyirli bir şey olmayacaq", —deyə Ə. Həsənov vurğuladı.

Ekspertin sözlərinə görə, Azərbaycanda sağlam bankların sayı təxminən 15-dir: "Yəni, belə banklar birləşə bilər. Bütövlükdə bu, bank sisteminin vəziyyətinə müsbət təsir edəcək. Belə deyək də, 30 bank bağlanmayacaq, 25 bank bağlanacaq. Çünki, 5-7 bank birləşəcək. Amma bu, bütövlükdə bank sistemində olan problemləri həll etməyəcək".

Xəbər lenti
0