BAKI, 20 yan — Sputnik. Dünyada neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi qrafik üzrə davam etdirilir. Xəttin tikintisi vaxtında – 2018-ci ildə başa çatdırılacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri bp–nin baş direktoru Robert Dadli Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşdə söyləyib.
Baş direktor onu da bildirib ki, Bakı-Supsa boru kəmərinin modernləşməsi və bu xəttin keçdiyi ərazilərdə ekoloji layihələrin reallaşdırılması üçün də 150 milyon ABŞ dolları ayrılacaq.
G. Kvirikaşvili boru kəməri ilə əlaqədar Gürcüstanda görülən işlərdən danışıb.