BAKI, 20 yan-Sputnik. Bu gün Rusiyanın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi qarşısında partlayış törədilib.
Sputnik-in məlumatına görə, Əfqanıstanın Daxili İşlər Nazirliyi səfirliyin qarşında dayanan maşının partladıldığını bildirib.
Kabilin polis rəisi Əbdül Rəhmən Rəhimi baş verən partlayışda 7 nəfərin öldüyünü, 25 nəfərinsə yaralandığını bildirib.
Əfqanıstanın "TOLONews" telekanalının əməkdaşlarının içində olduğu avtobusun terror hücumunun əsas hədəfi olduğu xəbər verilib.