BAKI, 20 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Twitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.
Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.